Oğurluq etmiş Bakı şəhər sakinləri İlqar Məsumlu, Rizvan Tanrıverdiyev və Fərid Rəsulov tutulmuşlar
22.04.2014Aprelin 23-nə keçən gecə Bakı şəhər sakini Bəsti Əliyevaya məxsus Sabunçu rayonu ərazisindəki aptekdən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilmişdir.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri İlqar Məsumlu, Rizvan Tanrıverdiyev və Fərid Rəsulov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Elvin Məhərrəmova məxsus yardımçı otaqdan, Səadət İbrahimovanın məxsus mağazadan 800 manat, 1 ədəd velosiped, 1 ədəd uşaq arabası, ərzaq məhsulları və geyim əşyaları oğurlamaları da müəyyən edilmişdir.