Bakı şəhər sakini Adil Məmmədzadədən avtomobil üçün 18 ədəd doldurulmamış texniki baxış talonları aşkar edilərək götürülmüşdür
09.04.2014Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Adil Məmmədzadə vətəndaş Qismət Səfərova avtomobil üçün texniki baxış talonunu 80 manata satdığı üçün tutulmuşdur.
Aparılmış araşdırmalarla onun əvvəllər də vətəndaşlara qarşı dələduzluq edərək avtomobillərin texniki baxış talonlarının satışı ilə məşğul olması müəyyən edilmişdir.
A.Məmmədzadədən əlavə olaraq 18 ədəd doldurulmamış texniki baxış talonları aşkar edilərək götürülmüşdür.Faktla əlaqədar cinayət işi başlanmışdır.