Oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakini Cavid Quluzadə saxlanılmışdır
09.04.2014Aprelin 10-da Gəncə şəhərinin ərazisində şəhər sakini Kamal Mustafayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Cavid Quluzadə mağazanın sahibi tərəfindən saxlanılmış və Kəpəz RPİ-yə təhvil verilmişdir.
Kəpəz RPİ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla hadisə törədilərkən C.Quluzadənin yanında həmyerliləri, əvvəllər məhkum olunmuş Elbrus Quliyevin və Ruslan Salahovun olması da müəyyən edilmişdir.