Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində yerləşən “Çalıkuşu” və “Parpali” kafelərində qumar oyunları təşkil olunduğu müəyyən edilmişdir

09.04.2014

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Türkiyə vətəndaşı Ateş Ali İsa Şerafeddin oğlunun və Mingəçevir şəhər sakini Fariz Nuriyevin Nəsimi rayonu ərazisində yerləşən “Çalıkuşu” kafesində qumar oyunları təşkil etmələri müəyyən edilmişdir.

Kafeyə baxış zamanı 9 qutu hər biri 36 ədəd və 13 qutu hər biri 106 ədəd oyun kartları, 86 ədəd oyun fişləri, 1 dəst “Okey” daşları, 69 manat məbləğində qumar oyunlarına qoyulmuş pul aşkar olunaraq götürülmüşdür.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Türkiyə vətəndaşı Yıldırım Kənan Şükrü oğlunun Nəsimi rayonu ərazisindəki “Parpali” kafesində qumar oyunları təşkil etməsi müəyyən edilmişdir.

Kafeyə baxış zamanı 2 dəst hər biri 106 ədəd oyun kartları, 1 dəst oyun kuponu, 433 manat, 200 ABŞ dolları məbləğində qumar oyunlarına qoyulmuş pul aşkar olunaraq götürülmüşdür.

09.04.2014 tarixinə olan kriminal məlumatlar