Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulmuşdur
09.04.2014Aprelin 10-da Xətai rayonu M.Rüstəmov küçəsində naməlum şəxs Bakı şəhər sakini Sayqa Məmmədovaya zor tətbiq edərək içərisində geyim əşyaları olan çantasını almışdır.
Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulmuşdur.