Avtodayanacağın gözətçi işləyən Mikayıl Əsədovu qətlə yetirərək gözətçi otağını yandırmış Vidadi Umudov tutulmuşdur
12.03.2014Yanvarın 24-də Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılmışdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində M.Əsədovun Bakı şəhər sakini Vidadi Umudov tərəfindən qətlə yetirilməsi müəyyən edilmiş və o, tutulmuşdur.