Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtodayanacağın gözətçi işləyən Mikayıl Əsədovu qətlə yetirərək gözətçi otağını yandırmış Vidadi Umudov tutulmuşdur

12.03.2014

Yanvarın 24-də Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılmışdır.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində M.Əsədovun Bakı şəhər sakini Vidadi Umudov tərəfindən qətlə yetirilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

12.03.2014 tarixinə olan kriminal məlumatlar