Ucar rayonu Küçəkənd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
12.03.2014Martın 12-də saat 15 radələrində Ucar rayonu Küçəkənd kəndinin ərazisində Qarabörk kənd sakini Əbülfəz Əsgərlinin idarə etdiyi “Nissan” və Sumqayıt şəhər sakini Cəlil Həsənovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşmuşdur. C.Həsənov və sərnişinləri - Sumqayıt şəhər sakinləri Nurdanə Həsənova, Zahidə Pənahova, İmişli rayon sakinləri Xuraman Məmmədova, Anar Şirinov xəstəxanaya yerləşdirilmişlər.