Bakı şəhər sakini Elçin Dəmirovu qətlə yetirmiş Fərrux Zeynalov tutulmuşdur
12.03.2014Martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsində Bakı şəhər sakini Fərrux Zeynalov münaqişə zəminində paytaxt sakini Elçin Dəmirova ürək nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş E.Dəmirov orada ölmüşdür.
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Zeynalov tutulmuşdur.