Gəncə şəhər sakini Anar Babayevə xəsarət yetirmiş Elxan Kazımov tutulmuşdur
12.03.2014Martın 12-də Gəncə şəhəri M.Hacıyev küçəsində şəhər sakini Elxan Kazımov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Anar Babayevə küt alətlə (dəmir parçası) xəsarətlər yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş A.Babayev orada ölmüşdür.
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Kazımov tutulmuşdur.