İran vətəndaşı Darbat Şərifliyə qarşı zor tətbiq etməkdə şübhəli bilinən şəxslər tutulmuşlar
24.02.2014Fevralın 20-də Dənizkənarı Milli Parkda bir qrup naməlum şəxs İran vətəndaşı Darbat Şərifliyə zor tətbiq edərək üzüyünü, boyunbağısını və mobil telefonunu almışdır.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nikita Zarbailov, Balakən rayon sakini Vüqar Ağcayev və Gürcüstan vətəndaşı Azim Musayev tutulmuşlar.