İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əxlaqsızlıq yuvaları müəyyən edilmişdir
24.02.2014İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Siyəzən rayon sakini Rəhman Rzayevin və Xızı rayon sakini Tural Quliyevin rayon ərazisində işlədikləri “Siyəzən” restoranında, Şabran rayon sakini Səxavət Şahbazovun Xaçmaz rayonunun ərazisində işlədiyi “Çardaq” kafesində əxlaqsızlıq yuvaları təşkil etmələri, Quba rayon sakini Sülhanə Ağayevanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir.