Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Ağcabədi rayon sakini Emil Həmzəyev tutulmuş, Namiq Əsgərov isə müəyyən edilmişdir

24.02.2014

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Sənubər Ələkbərovanın icarə əsasında işlətdiyi Yusif Səfiyevə məxsus mağazadan 20000 manat dəyərində qızıl əşyaları oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Emil Həmzəyev tutulmuş, həmyerlisi Namiq Əsgərov isə müəyyən edilmişdir.

E.Həmzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ağcabədi şəhər 4 saylı Poçtdan 25 manat pul, Rafayel Cəfərovun evindən 1 ədəd televizor, Aslan Fərzəliyevin həyətindən ot biçən maşın, Telman Vəliyevin evindən məişət əşyaları, habelə ötən ilin oktyabr və dekabr aylarında rayon sakinləri İbrahim Kərimovun evindən məişət əşyaları, Zamiq Məmmədova məxsus aptekdən 60 manat pul, 1 ədəd kompyuter oğurlaması, cari il yanvar ayının 21-də Nuruş Əhmədovun evindən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.

24.02.2014 tarixinə olan kriminal məlumatlar