Bakı şəhər sakini Pərviz Abdullayevi qətlə yetirmiş Quba rayon sakini Hacıbala Hacıyev tutulmuşdur
24.02.2014Fevralın 24-də Nəsimi rayonu Cavadxan küçəsində Quba rayon sakini Hacıbala Hacıyev münaqişə zəminində Bakı şəhər sakini Pərviz Abdullayevə bıçaqla xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş P.Abdullayev orada ölmüşdür.
Nəsimi RPİ 19-cu PB və Baş Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Hacıyev tutulmuşdur.