Bakı şəhər sakini Esmira Mayılovanın qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilmişdir
29.01.2014İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadənin, Turan Ələkbərovun gəlir əldə etmək məqsədi ilə Bakı şəhərində yaşadıqları mənzillərdə əxlaqsızlıq yuvaları təşkil etmələri, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Mayılovanın qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilmişdir.