Oğurluq etmiş Ucar rayon sakini Pərvin Həsənov tutulmuşdur
29.01.2014Yanvarın 28-də Keşlə qəsəbəsində kirayədə yaşayan Ucar rayon sakini Sadiq Heydərovun evindən 1 ədəd mobil telefon oğurlanmışdır.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Ucar rayon sakini Pərvin Həsənov tutulmuşdur.