Nərimanov rayonu İ.Abışov küçəsində yaşayan Şirzad Əmiraslanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
29.01.2014Yanvarın 29-da saat 08 radələrində Nərimanov rayonu İ.Abışov küçəsində yaşayan Şirzad Əmiraslanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə 30 kvm. sahə yararsız vəziyyətə düşmüş və dam örtüyü çökmüşdür. Yanıq xəsarəti almış Ş.Əmiraslanova və oğlu Naibə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.