Bakı şəhər sakinləri Ağasəttar Ağayevə və Niyaməddin Haqverdiyevə bıçaqla xəsarət yetirmiş Kürdəmir rayon sakini Soltan İbrahimov tutulmuşdur
29.01.2014Yanvarın 29-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən kafedə naməlum şəxs xuliqanlıq zəminində orada işləyən Bakı şəhər sakinləri Ağasəttar Ağayevə və orada aşbaz işləyən Niyaməddin Haqverdiyevə bıçaqla xəsarət yetirmişdir.
A.Ağayevə və N.Haqverdiyevə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Kürdəmir rayon sakini Soltan İbrahimov tutulmuşdur.