Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində binanın bir hissəsinin uçması nəticəsində iki nəfər ölmüşdür

25.01.2014

Yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsi ev 68/27-də sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülmüşdür. Bu zaman həmin ərazidə hərəkətdə olan Abşeron rayon sakini Mehman Məhərrəmovun idarə etdiyi “Ford”, Bakı şəhər sakinləri Kamran Hüseynlinin idarə etdiyi “Opel”, Məftun Süleymanovun idarə etdiyi “Hyundai”, Sahib Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər əzilmiş, “Mitsubshi” markalı avtomobili idarə edən Cavid Bayramlı və sərnişini Asiman Əkbərov hadisə yerində ölmüşlər.
Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

25.01.2014 tarixinə olan kriminal məlumatlar