Zaqatala rayon Danaçı kəndinin ərazisində qəza hadisəsi baş vermişdir
25.01.2014Yanvarın 25-də Zaqatala rayon sakini Həvva Məmmədova özünə məxsus “Nissan” markalı avtomobili təmir etdirmək üçün sexə vermişdir. Orada işləyən Qazangül qəsəbə sakini Elmar Xəlilov avtomobili qaçıraraq Danaçı kəndinin ərazisində onu idarə edərkən aşırmışdır.
E.Xəlilovun izahatı alındıqdan sonra buraxılmışdır.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.