Bakı şəhər sakini Kamil Kərimova qarşı quldurluq etmiş şəxs axtarılır
25.01.2014Yanvarın 25-də Qaradağ rayonu “Bibiheybət” məscidinin yaxınlığında Bakı şəhər sakini Kamil Kərimov “KİA” markalı avtomobilə sərnişin qismində oturub Lökbatan qəsəbəsinə gedəcəyini bildirmişdir. Lökbatan qəsəbəsinin ərazisində avtomobilin sürücüsü K.Kərimova zor tətbiq edərək ondan 850 manat pul almış və avtomobildən düşürərək getmişdir.
Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.