Avtomobil qaçırmış Netfçala rayon sakini Ceyhun Əsədov qəza törətmişdir
25.01.2014Yanvarın 25-də Salyan rayonu ərazisində Aşağı Kürkənd kənd sakini Rəşad Balayevə məxsus “VAZ-21015” markalı avtomobil qaçırılmışdır. Avtomobili qaçırmış Netfçala rayon sakini Ceyhun Əsədov Salyan rayonu ərazisində onu idarə edərkən Arbatan kənd sakini Elşad Əliyevin yolun kənarında saxladığı “VAZ-2106” markalı avtomobilə vurmuşdur.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əsədov tutulmuşdur.