Oğurluq etmiş İsmayıllı rayon sakini Eldar Cəfərli tutulmuşdur
25.01.2014İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Etibar İsmayılova məxsus “Ford” markalı avtomobildən maqnitofon və 1 təkəri sökərək oğurlamış rayon sakini Eldar Cəfərli tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, yanvarın 16-na keçən gecə rayon ərazisində həmyerlisi Gündüz Məmmədova məxsus “VAZ-2106” markalı avtomobildən ehtiyat hissələri, 1 ədəd maqnitofon və 2 ədəd səsgücləndirici oğurlaması da müəyyən edilmişdir.