Gəncə şəhər sakini Canbaxış İmanidən 3,135 kq marixuana götürülmüşdür
23.01.2014Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Canbaxış İmanidən 3 kiloqram 135 qram marixuana götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 20-də Ramin Əliquliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurması da müəyyən edilmişdir.