DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
23.01.2014Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakinləri Samir İbadovdan 0,199 qram, əvvəllər məhkum olunmuş Xanbala Məlikovdan 0,178 qram və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ayat Məmmədovdan 0,183 qram heroin götürülmüşdür.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Nəzakət Səmədovanın, Adəm Salahovun, Rasim Seyidovun, Xatirə Əliyevanın və Sübhəddin Məhərrəmovun evlərindən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.