Xəzər rayonu Binə qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
23.01.2014Yanvarın 23-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Fuad Mustafayevin idarə etdiyi “VAZ-2107”, Asif Atakişiyevin idarə etdiyi “Fiat”, Səxavət Sadıqovun idarə etdiyi “Mercedes” və Sətrib Əsədovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur.
F.Mustafayev və sərnişinləri - Bakı şəhər sakinləri Muxtar Şirvanov və Anar Şirvani xəstəxanaya yerləşdirilmiş, A.Şirvani orada ölmüşdür.