Oğurluq etmiş Bakı şəhər sakini Məhəmməd Mehtiyev tutulmuşdur
23.01.2014Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ 18-ci PB və Nizami RPİ 23-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Türkiyə vətəndaşı Arı Turqaya, yanvarın 18-də isə Zakir Mütəllimova məxsus pul və mobil telefonu oğurlamış Bakı şəhər sakini Məhəmməd Mehtiyev tutulmuşdur.