Masazır qəsəbəsi ərazisində “Azərsun Holdinq” şirkətlər qrupuna məxsus duz zavodunun ərazisindən 5 ton duzu “ZİL” markalı avtomobilə yükləyib oğurlamağa cəhd göstərmiş 4 nəfər saxlanılmışlar
01.01.20142013-cü il dekabrın 31-də Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində “Azərsun Holdinq” şirkətlər qrupuna məxsus duz zavodunun ərazisindən 5 ton duzu “ZİL” markalı avtomobilə yükləyib oğurlamağa cəhd göstərmiş qəsəbə sakinləri Bəylər Tahirov, Sübhan Salahov, Qüdrət Salahov və Elvin Salahov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və araşdırma aparılması üçün Abşeron RPŞ-yə təhvil verilmişlər.