Bakı şəhər sakini R.Mahmudovun idarə etdiyi avtomobilə sərnişin qismində minmiş,onu bıçaqla hədələyərək qarət etmiş Abşeron rayon sakini E.Musayev tutulmuşdur
01.01.2014Yanvarın 1-də saat 02 radələrində Binəqədi rayonu C.Cabbarlı küçəsində naməlum şəxs Bakı şəhər sakini Rahim Mahmudovun şərxoş halda idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minib müxtəlif ünvanlara sürdürmüş, saat 07 radələrində Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində onu bıçaqla hədələyərək 75 manat pulunu, 2 ədəd mobil telefonunu, geyim əşyalarını və avtomobilini alıb getmişdir.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Musayev rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.