Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.01.2014Yanvarın 1-də saat 16 radələrində Şabran rayonu ərazisində rayon sakinləri Sübhan Orucovun idarə etdiyi “Mercedes” və Nurəddin Quliyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. N.Quliyevin sərnişini, həmyerlisi Vüsal Qurbanov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.