Hacıqabul rayon sakini B.Həsənov münaqişə zəminində odlu silahdan atəş açaraq həmyerliləri N.Hüseynovu və onun arvadı Rəfiqəni qətlə yetirmişdir
01.01.2014Yanvarın 1-də Abşeron rayonu Novxanı kəndinin ərazisindəki evlərdən birində kirayədə yaşayan Hacıqabul rayon sakini Bayram Həsənov münaqişə zəminində odlu silahdan atəş açaraq Hacıqabul rayon sakinləri Nəzər Hüseynovu və onun arvadı Rəfiqəni qətlə yetirmişdir.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Həsənov tutulmuş və ondan müvafiq sənədləri olmayan lüləsi kəsilmiş ov tüfəngi götürülmüşdür.