Avtomobil qaçırmış Ağdaş rayon sakini Kamran İsmayılov saxlanılmışdır
28.12.2013Dekabrın 27-də Yevlax rayonu Xaldan kəndinin ərazisindən Aşağı Bucaq kənd sakini Məmməd Allahverdiyevə məxsus “VAZ-21011” markalı avtomobil qaçırılmışdır.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdaş rayon sakini Kamran İsmayılov həmin gün saat 18 radələrində avtomobillə birlikdə saxlanılmışdır.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.