Masallı rayonunun Məmmədoba kənd sakini Elmar Məmmədovun avtomobil qaçırması müəyyən edilmişdir
28.12.2013Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Yusif Sadıqova məxsus “VAZ-2107” markalı avtomobilin Masallı rayonunun Məmmədoba kənd sakini Elmar Məmmədov tərəfindən qaçırılması müəyyən edilmişdir.
E.Məmmədovun həyətinə baxış zamanı avtomobil hissələrə kəsilmiş vəziyyətdə aşkar edilmişdir.