Avtomobili qaçırmış Bakı şəhər sakini Anar Qasımov tutulmuş, ondan 0,537 qram heroin götürülmüşdür
28.12.2013Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də Ələkbər Fazilova məxsus “TOFAŞ” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Anar Qasımov tutulmuş, ondan 0,537 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 27-də Aydın Səfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.