Avtomobil qaçırmağa cəhd göstərmiş Qusar rayon sakini Raiddin Daşdəmirov tutulmuşdur
28.12.2013Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Ədalət Eminova məxsus “QAZ-31” markalı avtomobili qaçırmağa cəhd göstərmiş Qusar rayon sakini Raiddin Daşdəmirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Qiyafət Qurbanovanın evindən oğurluğa cəhd göstərməsi, dekabrın 27-nə keçən gecə isə Fərqan Babayevin evindən 20 manat pul oğurlaması da müəyyən edilmişdir.