Gün ərzində 77 cinayət faktı qeydə alınmışdır
23.12.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 77 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 13 nəfər yaralanmışdır.
- Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.