Bakı şəhər sakini Səməd Fərzəliyevə məxsus tikintisi başa çatmamış evdə məişətdə istifadə edilən qaz balonu partlamışdır
23.12.2013Dekabrın 23-də saat 16 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər sakini Səməd Fərzəliyevə məxsus tikintisi başa çatmamış evdə məişətdə istifadə edilən qaz balonu partlamışdır. Nəticədə evin pəncərə şüşələri sınmış, xəsarət almış orada təmir işləri aparan Kürdəmir rayon sakinləri Malik Şirinov, Nurlan Şirinov və Culfa rayon sakini Kamran Əhmədov xəstəxanaya yerləşdirilmişlər.