Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Aslan Hüseynzadənin idman mərc və “on-line” sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilmişdir

23.12.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri C.Naxçıvanski küçəsi, ev 49-da paytaxt sakini Aslan Hüseynzadənin “AZBET” adlı idman mərc və “on-line” sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilmişdir.

Baxış zamanı oradan 1200 manat dəyərində 99 ədəd “AZBET” sözü yazılmış və müştərilər tərəfindən alınmış kupon qəbzlərinin kötükləri, 2 ədəd kompyuter, 2 ədəd printer, 2 ədəd barkod qurğusu, müştərilərdən qanunsuz idman mərc qumar oyunlarının  kuponları üçün alınmış pul və digər ləvazımatlar aşkar edilərək götürülmüşdür.

23.12.2013 tarixinə olan kriminal məlumatlar