Sumqayıt şəhər sakini Səbuhi Nəsirovun idman mərc və “on-line” sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilmişdir
23.12.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 19 “B”-də şəhər sakini Səbuhi Nəsirovun “Mançester” adlı idman mərc və “on-line” sistemi ilə qumar oyunları təşkil etməsi müəyyən edilmişdir.
Baxış zamanı oradan 374 manat dəyərində 64 ədəd “Mançester” sözü yazılmış və müştərilər tərəfindən alınmış kupon qəbzlərinin kötükləri, 2 ədəd kompyuter, 2 ədəd monitor, müştərilərdən qanunsuz idman mərc qumar oyunlarının kuponları üçün alınmış pul və digər ləvazımatlar aşkar edilərək götürülmüşdür.