Gəncə şəhərində yaşayan Anar Həsənov tutulmuşdur
30.11.2013Noyabrın 30-da saat 19.13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" Zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirmişdir.
Müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Həsənov saxlanılmışdır.