Yasamal rayonu Moskva prospektində yol-nəqliyyat hadisəsi
30.11.2013Noyabrın 30-da saat 13.00 radələrində Yasamal rayonu Moskva prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mətanət İbrahimova vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.