Xətai rayonu Mehmandarov küçəsində yol-nəqliyyat hadisəsi
30.11.2013Noyabrın 29-da saat 20 radələrində Xətai rayonu Mehmandarov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Oruc Abbasov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.