Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu Z.Bunyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

30.11.2013

Noyabrın 30-da saat 23 radələrində Nərimanov rayonu Z.Bunyadov prospektində Saatlı rayon sakini Eldar Əlməmmədov idarə etdiyi “Shacman” markalı avtomobillə qarşıda gedən Masallı rayon sakini Rövşən Novruzovun idarə etdiyi   “Mercedes”, Abşeron rayon sakini Füzuli Xəlilovun idarə etdiyi “Opel”, Oğuz rayon sakini Aydın Xəlilovun idarə etdiyi “Mitsubishi”, Cəlilabad rayon sakini Ruslan Həsənovun idarə etdiyi “Mercedes”, Füzuli rayon sakini Rafiq Həsənovun idarə etdiyi “Opel”, Bakı şəhər sakinləri Elxan Novruzovun idarə etdiyi “Mercedes” və Oktay Əlizadənin idarə etdiyi “Kia” markalı avtomobilləri vurmuşdur.

A.Xəlilovun sərnişinləri, Oğuz rayon sakini Nigar Cəfərova və Bakı şəhər sakini İlkin Zeynalov, habelə R.Novruzovun sərnişini, Bakı şəhər sakini Kəmalə Novruzovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

30.11.2013 tarixinə olan kriminal məlumatlar