Zaqatala rayonu ərazisində “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açanın şəxsiyyəti müəyyən edilmişdir
24.11.2013Noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açmışdır.
V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölmüş, özü isə xəsarət almışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilmişdir.Faktla əlaqədar cinayət işi başlanmışdır.
Polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.