Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24.11.2013Noyabrın 24-də saat 23.30 radələrində Hacıqabul rayonu ərazisində Ağdam rayon sakini Elnur Əmirov “Mercedes” markalı avtomobili idarə edərkən onu yolun kənarında saxlanılmış Bakı şəhər sakini Oqtay Kazımova məxsus “Hovo” markalı avtomaşına vurmuşdur. E.Əmirov və sərnişinləri, Sumqayıt şəhər sakinləri Sərrac Yusifov və Kərim İrzayev xəstəxanaya yerləşdirilmiş, K.İrzayev orada ölmüşdür.