Göyçay rayonu ərazisində tullantılar yandırılarkən şüşənin partlaması nəticəsində bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdır
24.11.2013Noyabrın 24-də saat 14.00 radələrində Göyçay rayonu H.Əliyev prospektində yaşayan Qeys Gözəlovun həyətində təmizlik işləri aparan Şəkər kənd sakinləri Ağaəli Abdullayev və onun qardaşı Yasər tullantıları yandırarkən şüşə partlamış və A.Abdullayev hadisə yerində ölmüşdür. Yasərə isə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.