Şamaxı rayonu ərazisində “KamAZ” və “AzSamand” markalı avtomobillər toqquşmuşdur
24.11.2013Noyabrın 24-də saat 13.00 radələrində Şamaxı rayonu Göylər kəndinin ərazisində Astara rayon sakini Ataxan Babayevin idarə etdiyi “KamAZ” markalı və Şirvan şəhər sakini Rafiq Səmədovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşmuşdur. R.Səmədov hadisə yerində ölmüş, A.Babayevin sərnişini, Sabirabad rayon sakini Rahil Yusifov xəstəxanaya yerləşdirilmişdir.