Avtomaşın qaçırmış Bakı şəhər sakinləri Məhərrəm İsmayılov, Yusif Nuriyev və Sənan Xəlilov tutulmuşlar
29.10.2013Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Suraxanı rayonu ərazisində Cəmaləddin Tapdıqova məxsus “VAZ-21011” markalı avtomaşını qaçırmış Bakı şəhər sakinləri Məhərrəm İsmayılov, Yusif Nuriyev və Sənan Xəlilov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 27-də Telman Əliyevə məxsus “VAZ-21011” markalı avtomaşını qaçırmaları da müəyyən edilmişdir.