Şübhəli şəxs qismində saxlanılmış Bakı şəhər sakinləri Əliağa Dadaşov və Mahir Ağabəyovun oğurluq etmələri müəyyən edilmişdir
29.10.2013Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Əliağa Dadaşov və Mahir Ağabəyov şübhəli şəxs qismində saxlanılmışlar.
Araşdırmalar zamanı onların Məhəmmədli qəsəbəsinin ərazisində, İmişli rayon sakini Sevda Bayramovaya məxsus evdən 2 ədəd kombi aparatı oğurlamaları müəyyən edilmişdir.