Yol-nəqliyyat handisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Namiq Qafarov ölmüşdür
29.10.2013Oktyabrın 25-də saat 22.20 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində Şərur rayon sakini Mirzə Bayramov “MAN” markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Namiq Qafarovu vurmuşdur.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Qafarov oktyabrın 29-da orada ölmüşdür.